24/01/2020
13:42
7458
| A A A
Liverpool-da ağır itki

Liverpool futbolçu itkisi ilə üzləşib.

Goal.az xəbər verir ki, komandanın hücumçusu Sadio Mane Premyer Liqanın XXIV turunda Wolverhampton-la görüşdə zədələnib.

33-cü dəqiqədə ayağından xəsarət alan 27 yaşlı forvard oyunu davam etdirə bilməyib. Seneqallı oyunçunun zədəsi barədə danışan klubun baş məşqçisi Yurgen Klopp "Bu, çox məyusedici haldır. Sadio zədə səbəbindən oyunu tərk etməli oldu. Ümid edirəm ki, zədəsi o qədər də ciddi deyil. Sadəcə, əzələsində problem var" deyib.

Qeyd edək ki, Wolverhampton - Liverpool oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18393 səs