25/01/2020
16:26
1606
| A A A
Manchester United azarkeşləri ciddi etiraza hazırlaşır

Manchester United azarkeşləri rəhbərliyə etiraz etməyə hazırlaşır.

Goal.az xəbər verir ki, azarkeşlər fevralın 1-də Wolverhampton-a qarşı keçiriləcək oyunda kütləvi şəkildə stadionu tərk edəcəklər.

Mançester təmsilçisinin 58 il sonra evdə Burnley-yə (0:2) uduzması azarkeşlərin səbrini tükədib. Onlar artıq klub rəhbərliyini ciddi şəkildə tənqid edirlər. Buna görə də tərəfdarlar sözügedən oyunun 58-ci dəqiqəsində rəhbərliyə etiraz olaraq stadionu tərk edəcəklər.

Qeyd edək ki, “qırmızı şeytanlar” hazırda turnir cədvəlində 5-ci pillədədir. (matc.az)