07/02/2020
17:11
5169
| A A A
Arsenal Vengeri qaytarır

Arsenal rəhbərliyi sabiq baş məşqçisi Arsen Vengeri komandaya qaytarmağı planlaşdırır.

Goal.az xəbər verir ki, Venger Mikel Artetanı əvəzləməyəcək. Klub rəhbərliyi hələlik ona hansı vəzifəni həvalə edəcəyini müəyyənləşdirməyib.

Vengerin gəlişi fan-klubların Mikel Artetanın ətrafında birləşməsini təmin edəcək. 70 yaşlı Vengerin fanatlar arasında böyük nüfuzu var.

Rəhbərlik də məhz bu məqamdan istifadə edərək, klubda bütövlüyü təmin etməyi planlaşdırır.

Qeyd edək ki, Venger Arsenal-ı 2018-ci ildən tərk edib və o vaxtdan işsizdir.