13/02/2020
18:26
2730
| A A A
İqalo yeni komandasına qoşula bilmir

Manchester United-in Çinin Shanghai Shenkhua klubundan icarəyə götürdüyü Odion İqalo hələ də komandaya qoşulmayıb.

Goal.az xəbər verir ki, hücumçu Çində yayılan koronavirus şübhəsinə görə, komandayla birgə çalışmır. Xüsusi məşqçi ilə fərdi çalışan İqalonun bütün testlərdən keçdikdən və nəticəsi dəqiqləşəndən sonra komandaya qoşulacağı bildirilir.

İqalonun durumu iki həftə sonra dəqiqləşəcək. Futbolçu hazırda taekvondo salonunda məşq edir.

Qeyd edək ki, Manchester United İqalonu mövsümün sonuna qədər icarəyə götürüb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8732 səs