14/02/2020
13:10
1990
| A A A
Liverpool-da ayın oyunçusu seçildi

Liverpool-da yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az xəbər verir ki, Məhəmməd Salah bu ada layiq görülüb.

Misirli hücumçu yanvar ayında Liverpool-un heyətində keçirdiyi 5 oyunda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

O, bu mükafat uğrunda mübarizədə Cordan Henderson və Alisson Bekkeri qabaqlayıb.