17/02/2020
18:26
2655
| A A A
Son Hın Min Premyer Liqanın tarixinə keçdi

Tottenham İngiltərə Premyer Liqasında Aston Villa-nı məğlub edib – 3:2.

Goal.az xəbər verir ki, sözügedən qarşılaşmada 2 qol vuran London təmsilçisinin futbolçusu Son Hın Min yeni uğura imza atıb. Belə ki, 27 yaşlı hücumçu Premyer Liqa tarixində 50-dən çox qol vuran ilk asiyalı futbolçu olub. Son, buna 151 görüşdə nail olub.

Qeyd edək ki, 2015-ci ildən Tottenham-də forma geyinən Son, bu mövsüm Premyer Liqada 21 oyunda 9 qol vurub.