19/02/2020
18:39
4218
| A A A
UEFA Manchester City-ni yenidən cəzalandıra bilər

UEFA Manchester City ilə bağlı araşdırmaları davam etdirir.

Goal.az xəbər verir ki, qitə futbol qurumu "şəhərlilər"in 2012-2016-cı illər ərzində bağladığı sponsorluq müqavilələrinin həddindən artıq şişirdilməsinə görə yoxlama aparmaq niyyətindədir.

UEFA həm imzalanan müqavilələrin əsl bazar dəyəri ilə qiymətləndirilib-qiymətləndirilmədiyini, həm də Manchester City-nin sahibinin kommersiya sponsorluğu adı altında kluba investisiya qoyub-qoymadığını araşdıracaq.

Qeyd edək ki, UEFA maliyyə-feyr pley qaydalarını pozduğu üçün Mançester təmsilçisini 2 il müddətinə Çempionlar Liqası və Avropa Liqasından kənarlaşdırıb. Klub həmçinin 30 milyon avro məbləğində cərimələnib. (report)