28/02/2020
13:33
2917
| A A A
Emeri keçmiş klubuna qayıda bilər

Unay Emeri yenidən Sevilla-ya qayıda bilər.

Goal.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, klub rəhbərliyi hazırkı baş məşqçi Lopeteqinin işindən narazıdır. Onun yerinə isə Emeri düşünülür. 48 yaşlı mütəxəssis 2013-2016-cı illərdə Sevilla-nı çalışdırıb.

O, bu müddət ərzində 3 dəfə Avropa Liqası kubokunu qazanıb. Emeri Sevilla-dan ayrıldıqdan sonra PSG və Arsenal-ı çalışdırıb. O, hazırda işsizdir.