28/02/2020
16:10
2876
| A A A
Manchester City-də ağır itki

Manchester City ciddi itkiylə üzləşib.

Goal.az xəbər verir ki, “şəhərlilər”in futbolçusu Emerik Laport sıradan çıxıb. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Çempionlar Liqasının 1/8 finalının Real-la ilk matçında (2:1) zədələnən 25 yaşlı müdafiəçi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bu mövsüm uzun müddət zədə səbəbiylə yaşıl meydalardan uzaq qalan Laport, Premyer Liqada 7 oyunda iştirak edib.