02/03/2020
20:44
11447
| A A A
Liverpool-da baş məşqçi ayrılığı - RƏSMİ

Liverpool baş məşqçi ayrılığı baş verib.

Goal.az xəbər verir ki, Mersisayd təmsilçisinin U-23 komandasının çalışdırıcısı Nil Kritçli vəzifəsindən ayrılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kritçli ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Kritçli bu mövsüm Liverpool-un əsas komandasında İngiltərə Liqa kubokunun Aston Villa və FA kubokunun Shrewsbury klublarıyla matçda baş məşqçilik edib. Liverpool bu matçlarda Aston Villa-ya uduzub, Shrewsbury ilə isə bir heç-heçə, bir də qələbə qazanıb.

Kritçli Çempionşip təmsilçisi Blackpool-u çalışdıracaq.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18336 səs