13/03/2020
12:44
1688
| A A A
Leicester City-də şok itki

Leicester City-nin futbolçusu Rikardo Pereyra uzun müddətə sıradan çıxıb.

Goal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

O, martın 9-da Aston Villa-ya qarşı keçirdikləri oyunda ağır zədə alıb. Ətraflı müayinələrdən sonra portuqaliyalı müdafiəçinin dizindəki zədə ilə əlaqədar təxminən 6 ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.

26 yaşlı futbolçu bu mövsüm 33 oyuna çıxıb, 4 qola imza atıb.

Qeyd edək ki, Leicester City-də bu gün həm də 3 futbolçuda koronavirus pandemiyası aşkarlanıb. Bu üzdən də bütün komanda üzvləri karantinə alınıb.