16/03/2020
12:48
1322
| A A A
İngiltərə kuboku ləğv oluna bilər

İngiltərə kuboku bu mövsüm ləğv oluna bilər.

Goal.az xəbər verir ki, İngiltərə Futbol Federasiyası kubokun koronavirus pandemiyası səbəbindən başa çatdırıla bilməyəcəyindən ehtiyat edir.

Bildirilib ki, federasiya rəhbərliyi təqvim planı üzərində işləyir. Nəşr yazıb ki, qurum ölkə çempionatı və Çempionlar Liqasına görə kuboku ləğv edə bilər.

Qeyd edək ki, daha əvvəl İngiltərə Futbol Federasiyası kubok oyunlarının aprelin 3-ə qədər təxirə salındığını açıqlayıb.