16/03/2020
16:29
2181
| A A A
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı oyunçusu məlum olub.

Goal.az xəbər verir ki, bu ada Manchester United-in yarımmüdafiəçisi Bruno Fernandeş layiq görülüb. Portuqaliyalı oyunçu Markos Alonso (Chelsea), Pier-Emerik Obameyanq (Arsenal), Dominik Kalvert-Lyuin (Everton), Met Doerti (Wolverhampton) və Nik Papanı (Burnley) qabaqlayıb.

Qeyd edək ki, Bruno Fernandeş bu mükafatını "qırmızı şeytanlar"da ilk ayındaca qazanıb. Fevralda Sporting-dən Manchester United-ə keçən futbolçu son ayda 3 matça çıxaraq 1 qol vurub və 2 qolun ötürməsini edib. O, yeni klubunda da fevral ayının ən yaxşısı seçilmişdi.