21/03/2020
14:16
1736
| A A A
Premyer Liqanın qalan oyunları azarkeşsiz keçirilə bilər

İngiltərə Premyer Liqasında mövsümün qalan oyunları azarkeşsiz keçirilə bilər.

Goal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, çempionat rəhbərliyi koronavirus pandemiyası səbəbiylə dayandırılan liqanı tamamlamaq niyyətindədir. Mövsümün tamamlanmamasının ciddi maliyyə itkilərinə yol açacağını bildirən rəhbərlik, qalan oyunların boş tribunlar önündə baş tutması variantını nəzərdən keçirir.

Qeyd edək ki, 29 turu keçirilən İngiltərə Premyer Liqasında turnir cədvəlinə 82 xalla Liverpool başçılıq edir.