25/03/2020
15:11
2214
| A A A
Premyer Liqanın 8 klubu Manchester City-yə qarşı çıxdı

İngiltərənin Premyer Liqa klubları Manchester City-nin növbəti mövsümdə Çempionlar Liqasında iştirak etməsinə qarşıdır.

Goal.az xəbər verir ki, Liverpool, Manchester United, Leicester, Arsenal, Tottenham, Chelsea, Wolverhampton və Burnley klubları İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət ediblər. Sözügedən klublar “şəhərlilər”ə qarşı qərarın qüvvədə qalmasını və onların növbəti mövsümdə ÇL-də iştirak etməməsini istədiklərini bildiriblər.

UEFA bir müddət əvvəl Manchester City-ni feyr-pley qaydalarını pozduğu üçün iki mövsümlük avrokuboklarda iştirakdan məhrum edib. Klub bu qərardan sonra CAS-a şikayət etmişdi.