08/05/2020
15:54
1094
| A A A
Premyer Liqada mövsümün ən yaxşıları seçildi

BBC nəşri azarkeşlər arasında İngiltərə Premyer Liqasında 2019-20 mövsümünün ən yaxşılarını müəyyənləşdirib.

Goal.az xəbər verir ki, səsvermənin yekunlarına görə, Liverpool-un yarımmüdafiəçisi Cordan Henderson mövsümün ən yaxşı oyunçusu seçilib. İngilis futbolçu səsverənlərin 23%-nin etimadını qazanıb. Onun komanda yoldaşı Sadio Mane (17%) ikinci, Manchester City-nin mərkəz oyunçusu Kevin De Bruyne (14%) isə üçüncü olub.

Digər nominasiyalar üzrə qaliblər:

Mövsümün ən yaxşı məşqçisi - Yürqen Klopp (Liverpool);

Mövsümün ən yaxşı oyunu - Watford - Liverpool - 3:0;

Mövsümün ən çox inkişaf edən oyunçusu - Adama Traore (Wolverhampton);

Mövsümün ən yaxşı gənc oyunçusu - Trent Aleksandr-Arnold (Liverpool);

Mövsümün ən yaxşı transferi - Din Henderson (Sheffield United, icarə);

Mövsümün ən yaxşı qolu - Son Hın Minin (Tottenham) Burnley-ə vurduğu qol.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5977 səs