18/05/2020
16:45
652
| A A A
Koronavirusa yoluxan futbolçu karantini pozduğu üçün saxlanıldı

İngiltərə millisinin və Chelsea-nin futbolçusu Kallum Hadson-Odoi saxlanılıb.

Goal.az xəbər verir ki, 20 yaşlı hücumçu karantin rejimini pozduğu üçün tutulub.

Forvard şənbə günü evinə modeli evinə dəvət edib, onun üçün maşın göndərib. Ertəsi gün səhər saatlarında isə polis və təcili yardım maşını futbolçunun evinə gəlib. Onlar evdə xəstələnən qadından zəng qəbul etmələrini səbəb göstəriblər. Xəstəxanaya məhz həmin model zəng edib. Hadson-Odoi isə karantin rejimini pozduğu üçün tutulub.

Qeyd edək ki, Kallum Hadson-Odoi martda koronavirusa yoluxub. (report)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5973 səs