28/05/2020
17:48
1216
| A A A
Manchester United transferlər üçün kredit götürdü

Manchester United 140 milyon funt sterlinq dəyərində kredit götürüb.

Goal.az xəbər verir ki, MU bu məbləğ sayəsində yay "transfer pəncərəsi"ndə heyətini gücləndirməyi planlaşdırır.

Kredit xətti 2025-ci ilin aprelinə kimi açılıb. Əməliyyatın qəyyumu qismində "Bank of America" göstərilib.

Koronavirus pandemiyasının yaratdığı maliyyə böhranı futbola təsirini göstərməkdədi. Manchester United-in 21 mayda yayımladığı son maliyyə hesabatında teleyayım, bilet və pərakəndə satış gəlirlərinin azalması, həmçinin klubun xalis borcunun 429,1 milyon funt sterlinqə qədər artması göstərilib. (Fanat)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
8918 səs