05/06/2020
13:25
1172
| A A A
Liverpool Britaniyanın ən məşhur klubu elan edildi

Hazırda Böyük Britaniyanın ən məşhur futbol klubu "Liverpool"dur.

Goal.az xəbər verir ki, bu barədə “YouGov-FootballIndex” bildirib.

Futbolla maraqlanan britaniyalıların 8,3%-i Çempionlar Liqasının hazırkı qalibini dəstəkləyirlər. Reytinqdə ikinci yerdə "Manchester United" qərarlaşıb. Britaniyanın futbol azarkeşlərinin 6%-i bu komandanı seçib.

Təxminən 3,1% azarkeş London "Chelsea"sini dəstəkləyir. İngiltərə Premyer Liqasının hazırkı çempionu "Manchester City" "Arsenal"la (2%) 4-5-ci yerləri bölüşürlər.

Böyük Britaniyanın 10 ən məşhur komandasının siyahısında həmçinin "Tottenham", "Wolverhampton", "Newcastle United", "Everton" və "Aston Villa" yer alıblar. (report)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8978 səs