08/07/2020
10:48
1548
| A A A
Manchester United-də yeni müqavilə

Manchester United sabiq futbolçusu Fil Nevillin oğlu Harvi Nevill ilə peşəkar müqavilə bağlayıb.

Goal.az xəbər verir ki, 18 yaşlı futbolçu “qırmızı şeytanlar”la 1 illik yeni müqaviləyə imza atıb.

Harvi bu barədə sosial şəbəkə hesabında bunları qeyd edib: “İlk peşəkar müqaviləmi Manchester United-lə imzaladığım üçün qürur duyuram. Ailəmə və məşqçilərimə dəstəklərinə görə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Harvi də klubun əfsanələri arasında yer alan atası Fil Nevill və əmisi Qari Nevill kimi, müdafiə xəttində çıxış edir.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13070 səs