08/07/2020
18:53
1061
| A A A
Obameyanq Arsenal-ın tarixinə keçdi

Arsenal İngiltərə Premyer Liqasının 34-cü turunda Leicester City ilə qollu bərabərə qalıb – 1:1.

Goal.az xəbər verir ki, qarşılaşmada “topçular”ın yeganə qolunu vuran Pyer-Emerik Obameyanq Arsenal-ın tarixinə düşüb.

Leicester-lə oyunda da fərqlənən qabonlu hücumçu, bu mövsümkü qollarının sayını 20-yə çatdırıb. Obameyanq Arsenal-ın tarixində ardıcıl iki mövsümdə 20 və daha çox qol vuran ikinci futbolçu olub. Daha əvvəl bunu bacaran Tyerri Anri idi.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13161 səs