16/09/2020
12:55
2057
| A A A
Arsenal-da yeni müqavilə

Arsenal hücumçusu Pyer-Emerik Obameyanqla müqavilənin müddətini uzadıb.

Goal.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qabonlu hücumçu ilə sözləşmənin müddəti 2023-cü ilədək uzadılıb. 31 yaşlı forvard qarşıdakı 3 il ərzində "topçular"dan ümumilikdə 60 milyon funt-sterlinqə yaxın gəlir əldə edəcək.

Qeyd edək ki, Obameyanq Arsenal-a 2018-ci ildə Borussia Dortmund klubundan keçib. O, indiyə qədər bu komandada 111 oyuna çıxıb, 72 qola imza atıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19367 səs