29/09/2020
23:58
1983
| A A A
Liverpool-da koronavirus şoku

Liverpool-un futbolçusu Tyaqo Alkantara koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi tibbi tövsiyələrə uyğun olaraq karantinə göndərilib.

"Qırmızılar" gələcəkdə də COVID-19 ilə əlaqədar bütün protokollara əməl etməyi planlaşdırır. Alkantaranın özünütəcrid rejimində lazım olduğu qədər qalacağı vurğulanıb.

Qeyd edək ki, Tyaqo Alkantara Liverpool-a sentyabrın 18-də Bayern Münich-dən 20 milyon avroya keçib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9847 səs