29/10/2020
13:22
1015
| A A A
Manchester United-in yeni transferi koronavirusa yoluxdu

Manchester United-in yeni transferi Aleks Telles koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ole Qunnar Sulşer məlumat verib. O, 27 yaşlı müdafiəçinin koronavirus testinin müsbət çıxdığını bildirib. Çalışdırıcı bu səbəbdən braziliyalı futbolçunun Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Leipzig-lə görüş üçün heyətdə yer almadığını bildirib.

Qeyd edək ki, Telles bu ay Porto-dan Manchester United-ə transfer olunub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21520 səs