Arsenal-dan antirekord
Arsenal antirekorda imza atıb.
Goal.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 10-cu turunda Wolverhampton-a 1:2 hesabı ilə uduzan London təmsilçisinin ölkə çempionatında ilk 10 matçda topladığı xalı 13 olaraq qalıb. Bu, klubun 1981/82-ci mövsümündən bəri ən pis rekordudur. Həmin vaxt Arsenal 10 turdan sonra 12 xal toplamışdı.
Qeyd edək ki, Mikel Artetanın baş məşqçisi olduğu komanda hazırda turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR