İngiltərə klubu məşqləri dayandırdı
İngiltərə Premyer Liqasında çıxış edən Newcastle United klubu məşq bazasını bağlayıb.
Goal.az xəbər verir ki, bu barədə məşqçi Stiv Brüs məlumat verib. O səbəb kimi koronavirusu göstərib.
Stiv Cümə günü 3 futbolçu və 1 heyət üzvünün COVİD-19 testinin pozitiv nəticələndiyini və bu xəbərlərin həftəsonu da gəldiyini bildirib.
Klub məşqlərin bərpa ediləcəyi tarixi isə açıqlamayıb.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR