Manchester United-də üç ciddi itki
Manchester United-in futbolçuları Pol Poqba, Viktor Lindelof və Lyuk Şou zədələnib.
Goal.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ole Qunnar Sulşer məlumat verib. O, sözügedən oyunçuların məhz zədə səbəbindən İngiltərə kubokunun 132 finalında Watford-la görüşü (1:0) buraxdıqlarını bildirib.
Norveçli mütəxəssis zədəlilərin bərpa müddəti barədə məlumat verməyib.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR