11/01/2021
12:22
3656
| A A A
Real Madrid-dən Tottenham-ə

Real Madrid-in futbolçusu Eder Militao karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, Tottenham braziliyalı müdafiəçini heyətində görməkdə maraqlıdır.

London klubunun baş məşqçisi Joze Mourinyo Militaonu komandasında istəyir. Real isə futbolçunu yalnız sərfəli şərtlərlə buraxmağa razıdır. Madridlilərin təxminən 30 milyon tələb etdiyi iddia olunur.

Qeyd edək ki, 22 yaşlı cənubi amerikalı futbolçu 2019-cu ildən "kral klubu"da oynayır.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24227 səs