11/01/2021
13:43
2593
| A A A
Premyer Liqada təqvim dəyişdirilir

İngiltərə Premyer Liqası təqvimdə dəyişiklik etməyi planlaşdırır.

Goal.az xəbər verir ki, 14 üzvü koronavirusa yoluxan Aston Villa-nın Tottenham-la görüşünün təxirə salınacağı gözlənilir.

Əvəzində London klubu həmin gün başqa oyuna çıxmalıdır. XVI turun dekabrın 30-da keçirilməli olan Fulhem-lə qarşılaşması da koronavirusa görə təxirə salınmışdı.

Qeyd edək ki, Fulhem belə dəyişikliyə narazılığını gizlətməyib. İki gün öncə İngiltərə kubokunda meydana çıxan komanda qısa fasilədən sonra Tottenham-la görüşməyin əleyhinədir.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24208 səs