11/01/2021
14:18
2931
| A A A
Türk futbolçu bozqurd işarəsinə görə məhkəməyə verilir

Everton-un Rotherham United ilə qarşılaşdığı İngiltərə Federasiya Kuboku matçında Cenk Tosun gündəm olub.

Goal.az xəbər verir ki, bu barədə "Telegraph" nəşri yazıb.

İngiltərə mətbuatında yer alan xəbərlərə görə, türk futbolçu ofsayd səbəbi ilə ləğv edilən qolundan sonra bozqurd işarəsi göstərib.

Tosun isə verdiyi açıqlamada sadəcə göy üzünü göstərdiyini bildirib.

Hazırda bu məsələ Federasiya tərəfindən araşdırılır. Əgər sözügedən hərəkətin edildiyinə qərar verilərsə, futbolçuya məhkəmə işi açıla bilər.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24227 səs