11/01/2021
17:55
1446
| A A A
Ulduz futbolçu karantinə alındı

Manchester City-nin futbolçusu Serxio Agüero karantinə alınıb.

Goal.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Xosep Qvardiola yerli mətbuata açıqlamasında deyib.

O, argentinalı hücumçunun koronavirusa yoluxan şəxslə təmasda olduğu üçün karantinə alındığını bildirib:

“Təəssüf ki, Agüero koronavirus testi müsbət çıxan şəxslə təmasda olub. Ehtiyat məqsədilə bir neçə gün karantində qalacaq. Ümumilikdə, son 15 gündə 6 dəfə test verib və hamısının cavabı neqativ olub”.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24205 səs