Manchester United 8 illik həsrətə son qoydu
İngiltərə Premyer Liqasının I turundan təxirə salınmış oyunda Burnley-in qonağı olan Manchester United 1:0 hesablı qələbə qazanıb.
Goal.az xəbər verir ki, bununla xallarının sayını 36-ya çatdıran “mankunianlar” turnir cədvəlinin birinci pilləsinə yüksəlib.
Ən yaxın izləyicisi Liverpool-u 3 xal qabaqlayan Mançester təmsilçisi son 8 ildə ilk dəfə Premyer Liqaya liderlik edir.
Qeyd edək ki, komanda axırıncı dəfə 2013-cü ilin yanvarında turnir cədvəlinə başçılıq etmişdi.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR