Məşhur futbolçu A Seriyasından Premyer Liqaya
İtaliyanın Sassuolo klubunun futbolçusu Manuel Lokatelli karyerasını İngiltərədə davam etdirmək imkanı qazanıb.
Goal.az xəbər verir ki, yarımmüdafiəçi Manchester City-nin maraq dairəsindədir.
Premyer Liqa təmsilçisi 23 yaşlı italiyalı üçün 30 milyon funt sterlinq ödəməyə hazırdır. İki klub arasında razılıq əldə olunsa, Lokatelli A seriyasını Premyer Liqaya dəyişəcək.
Qeyd edək ki, o, cari mövsüm ərzində 16 oyunda 2 qol vurub.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR