13/01/2021
18:33
802
| A A A
Manchester City ciddi sanksiya ilə üzləşə bilər

Ötən il maliyyə feyr-pley qaydalarını pozduğu üçün Çempionlar Liqasından iki illik diskvalifikasiya olunmaqdan son anda qurtulan Manchester City klubu növbəti qalmaqalla gündəmə gəlib.

Goal.az xəbər verir ki, "şəhərlilər" indi də 10 il əvvəl dələduzluq etməkdə ittiham olunur.

İddiaya görə, 2011-ci ildə braziliyalı futbolçu Qabriel Fernando Almeydanı akademiyaya cəlb edən Premyer Liqa təmsilçisi qanunsuzluğa yol verib.

Həmin vaxt oyunçunun 14 yaşı olub və qanuna görə, onunla müqavilə imzalamaq olmazdı. Klub isə hiyləyə əl ataraq, akademiyada qondarma skaut vəzifəsi təsis etməklə futbolçunun atasına aylıq 100 000 avro məvacib verib ki, ailə sonda seçimini Manchester City-dən yana etsin.

Bu səbəbdən Manchester City-nin ciddi sanksiya ilə üzləşə biləcəyi istisna olunmur.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24227 səs