14/01/2021
16:16
369
| A A A
Premyer Liqada bu oyun təxirə salındı

İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb.

Goal.az xəbər verir ki, XIX turun Aston Villa - Everton qarşılaşması öncədən nəzərdə tutulduğu kimi yanvarın 17-də keçirilməyəcək.

Belə ki, Aston Villa rəhbərliyi komandada koronavirusa kütləvi yoluxma səbəbindən yarışın təşkilatçılarından matçın təxirə salınmasını tələb edib. Birminhemlilərin 9 futbolçusu və 5 işçisi koronavirusa yoluxduğu üçün karantin şəraitində müalicə alır. Klubun bazasının da iki həftəlik bağlandığını nəzərə alan Premyer Liqa rəhbərliyi görüşü qeyri-müəyyən vaxta təxirə salıb.

Qeyd edək ki, klubun Premyer Liqanın XVIII turunda Tottenham-lə dünən keçirməli olduğu oyun da təxirə salınmışdı.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24205 səs