Manchester City rekordunu yenilədi
İngiltərə Premyer Liqasının 24-cü turunda Tottenham ilə görüş Manchester City üçün əlamətdar olub.
Goal.az xəbər verir ki, 3:0 hesabı ilə qalib gələn "şəhərlilər” bu qələbə ilə öz rekordunu yeniləyib.
Belə ki, komanda ardıcıl 6 oyundur ki, ev matçında qol buraxmadan qalib gəlir. Manchester City 1992-ci ildən bəri ilk dəfədir belə uğur əldə edir.
Xatırladaq ki, Manchester City 1946-cı ilin dekabrından 1947-ci ilin martına qədər keçirdiyi 7 ardıcıl ev oyununda qol buraxmadan qələbə qazanıb.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR