Fulham-in hücumçusu koronavirusa yoluxdu
Serbiya millisinin və Fulham-in hücumçusu Aleksandar Mitroviçdə koronavirus aşkarlanıb.
Goal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
27 yaşlı hücumçu bu səbəbdən Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilmiş Everton – Fulham matçını (2:0) da buraxmalı olub.
Çünki serb futbolçudan bu oyundan öncə götürülmüş COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Mitroviçin qarşıdakı bir neçə oyunu da buraxacağı gözlənilir.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR