Manchester City-dən rekord göstərici
Manchester City İngiltərə Premyer Liqasında rekorda imza atıb.
Goal.az xəbər verir ki, bu barədə "şəhərlilər"in rəsmi tvitter səhifəsində bildirilir.
Bildirilir ki, komanda 2021-ci ilin əvvəlindən 10 oyun keçirib və 28:3 ümumi hesabı ilə on qələbə qazanıb. Bu nəticə rekord olub. Çünki İngiltərə çempionatında heç bir komanda təqvim ilinin başlanğıcından 10 görüşü ardıcıl udmağa müvəffəq olmayıb.
Qeyd edək ki, Manchester City son oyununu səfərdə Everton-a qarşı keçirib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR