Tyerri Anri İngiltərə klubunu çalışdıra bilər
Arsenal-ın sabiq futbolçusu Tyerri Anri yenidən İngiltərəyə qayıda bilər.
Goal.az xəbər verir ki, keçmiş hücumçunun Bournemouth-u çalışdıracağı ilə bağlı informasiyalar yayılıb.
Tərəflər arasında razılıq əldə olunub və Çempionşip təmsilçisi yaxın zamanda Anrinin təyinatını rəsmən açıqlayacaq.
Anri hazırda ABŞ-ın Monreal İmpact klubunda baş məşqçilik edir. 43 yaşlı mütəxəssis daha əvvəl Fransada Monaco-nu çalışdırıb, Belçika yığmasında isə köməkçi məşqçi kimi işləyib.
Sabiq hücumçu futbolçu karyerası ərzində 1999-2007-ci illər aralığında İngiltərədə Arsenal-ın şərəfini qoruyub.
Bournemouth Çempionşipdə 30 turdan sonra 6-cı sıradadır.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR