Everton 22 illik məğlubiyyət seriyasını başa vurdu
Liverpool İngiltərə çempionatının 25-ci turunun matçında Everton-a 0:2 hesabı ilə uduzub.
Goal.az xəbər verir ki, matç azarkeşlərin iştirakı olmadan Enfild stadionunda keçirilib.
Qarşılaşmada hesab üçüncü dəqiqədə açılıb – Riçarlison fərqlənib. Rəqibin qapısına ikinci qolu Qilfi Siqurdsson penaltidən vurub.
Qeyd edək ki, Everton 1999-cu ilin sentyabrından bu stadionda 14 dəfə uduzub.
Beləliklə, Everton Enfild-də 22 illik məğlubiyyət seriyasını başa vurub.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR