21/02/2021
13:49
804
| A A A
Liverpool antirekordunu yenilədi

Liverpool İngiltərə Premyer Liqasının 25-ci turu çərçivəsində Everton-la qarşılaşıb.

Goal.az xəbər verir ki, “qırmızılar” doğma meydanda baş tutan Mersisayd derbisindən 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

Bu, Yurgen Kloppun komandasının ardıcıl dördüncü məğlubiyyətidir. Sözügedən kollektiv əvvəlki turlarda səfərdə Leicester City-yə (1:3), evdə isə Manchester City (1:4) və Brighton-a (0:1) uduzmuşdu.

Liverpool bu nəticələrdən sonra bəzi uğursuz seriyalara imza atıb. Məsələ burasındadır ki, “qırmızılar” 2002-ci ildən bu yana ilk dəfə Premyer Liqada ardıcıl 4 görüşdə məğlub olub.

Liverpullular 1999-cu ildən sonra ilk dəfə doğma meydanda Everton-a məğlub olub.

Bundan başqa, sözügedən komanda 1923-cü ildən bu yana ilk dəfə çempionatda ardıcıl 4 ev oyununda məğlub olub. Klub, bu baxımdan əvvəlki antirekordunu təkrarlayıb.

Liverpool bu mövsüm keçirdiyi 25 oyuna topladığı 40 xalla 6-cı pillədə qərarlaşıb. (matc)

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs