23/02/2021
22:42
846
| A A A
İngiltərədə azarkeşlər stadionlara buraxıla bilər

İngiltərədə may ayından etibarən azarkeşlər stadionlara buraxıla bilər.

Goal.az xəbər verir ki, bu barədə The Telegraph nəşri məlumat yayıb. İngiltərənin baş naziri Boris Conson mayın 17-dən koronavirus pandemiyasına görə qoyulan məhdudiyyətlərin bir qədər yumşaldılacağını bildirib.

İngiltərədə yumşalmalardan sonra stadionlara 10 minə qədər azarkeşin buraxılması nəzərdən keçirilir.

Koronavirus pandemiyası səbəbindən İngiltərə Premyer Liqası və Çempionşip azarkeşsiz keçirilir.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19922 səs