30/03/2021
10:00
1768
| A A A
Manchester City Aqueroyla bağlı qərar verdi - RƏSMİ

Manchester City cari mövsümün sonunda futbolçusu Serxio Aquero ilə vidalaşacaq.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi tvitter səhifəsi xəbər yayıb.

Bildirilib ki, argentinalı hücumçunun yayda başa çatacaq müqaviləsi yenilənməyəcək.

Qeyd edək ki, 2011-ci ildən Premyer Liqa təmsilçisində çıxış edən Serxio Aquero 384 oyunda vurduğu 257 qolla komandanın ən sərrast futbolçusudur. 33 yaşlı forvard Manchester City-nin heyətində 4 dəfə İngiltərə Premyer Liqasını, 5 dəfə Liqa Kubokunu, bir dəfə ölkə kubokunu qazanıb. O, həmçinin 3 dəfə İngiltərə Super Kubokuna sahib çıxıb.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15551 səs