05/04/2021
13:54
1292
| A A A
Keyndən rekord göstərici

Tottenham-in futbolçusu Harri Keyn Premyer Liqada yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, 27 yaşlı hücumçu buna ötən gün Newcastle-la matçda (2:2) nail olub. O, görüşdə dubl etməklə (4 dəqiqədə 2 qol) səfər oyunlarında vurduğu qolların sayını 84-ə çatdırıb. Bu isə Premyer Liqada çıxış edən futbolçular arasında ən yüksək göstərici hesab edilir.

Həmçinin Keyn adını çempionatda 5 fərqli səfər oyununda 5-dən artıq qol sayına çatan oyunçular arasına yazdırıb. Digər futbolçular isə Alan Şirer, Ueyn Runi və Maykl Ovendir.

Qeyd edək ki, Harri Keyn bu mövsüm bütün turnirlərdə 41 matça çıxaraq, 29 qol vurub və 16 qolun ötürməsini verib.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15549 səs