14/09/2021
17:45
2867
| A A A
Liverpool Maneylə bağlı qərarını verdi

Liverpool Sadio Mane ilə yeni müqavilə imzalamaq niyyətindədir.

Goal.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərdə Mersisayd təmsilçisinin seneqallı hücumçunun sözləşməsinin müddətini 2025-ci ilin yayına qədər artırmaq istədiyi bildirilib.

2016-cı ildən Liverpool-da çıxış edən Mane Mersisayd təmsilçisi ilə 222 oyunda 99 qol vurub, 43 məhsuldar ötürmə edib. 29 yaşlı futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.