14/10/2021
12:32
1013
| A A A
Manchester United kapitanını da itirdi

Manchester United-in kapitanı Harri Maquayr üç həftə komandasına kömək edə bilməyəcək.

Goal.az xəbər verir ki, bu, Maquayrın son müayinəsinin ardından bəlli olub.

Beləliklə, bərpa prosesi başa çatmayan müdafiəçinin oktyabrın 24-də Liverpool-a qarşı oynamayacağı dəqiqləşib.

Millilərin oyunlarına görə yaranan fasilə zamanı MU-in daha bir müdafiəçisi Rafael Varan da zədələnib.