18/11/2021
15:55
4882
| A A A
Zidan Premyer Liqa nəhəngindən imtina etdi

Real Madrid-in sabiq baş məşqçisi Zinəddin Zidan “Mançester Yunayted”dən təklif alıb.

Goal.az xəbər verir ki, fransalı mütəxəssis “qırmızı şeytanlar”ın təklifini rədd edib.

Zidan 2022-ci ilin yayına qədər məşqçilik etmək istəmir. O, bu səbəbdən İngiltərə klubunun təklifini rədd edib.

Qeyd edək ki, Manchester United hazırda norveçli mütəxəssis Ole-Qunnar Sulşer çalışdırır.