21/11/2021
15:03
2848
| A A A
Manchester United Sulşerlə bağlı qərarını verdi - RƏSMİ

Manchester United baş məşqçisi Ule Qunnar Sulşerlə yollarını ayırıb.

Goal.az xəbər verir ki, norveçli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Onun gedişindən sonra komandaya müvəqqəti olaraq məşqçi Maykl Kerrik rəhbərlik edəcək.

Qeyd edək ki, Ule Qunnar Sulşer 2018-ci ilin dekabrında Manchester United-in sükanı arxasına keçmişdi.