22/11/2021
17:31
3216
| A A A
Sulşerin təzminat məbləği müəyyənləşdi

Manchester United-də dünən istefaya göndərilən baş məşqçi Ole-Qunnar Sulşerin alacağı təzminatın məbləği məlum olub.

Goal.az xəbər verir ki, “qırmızı şeytanlar” norveçli mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verdiyi üçün ona 9 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Manchester United Premyer Liqada 8-ci sıradadır.