Daha bir mütəxəssis Manchester United-dən imtina etdi
Manchester United-in baş məşqçi postuna gətirmək istədiyi daha bir mütəxəssis İngiltərə klubunun “sükanı arxası”na keçməkdən imtina edib.
Goal.az xəbər verir ki, İtaliya yığmasının çalışdırıcısı Roberto Mançini Premyer Liqa təmsilçisinin təklifini qəbul etməyib.
Mütəxəssis bunu millini DÇ-2022-nin final mərhələsinə daşımağa borclu olması ilə əsaslandırıb. Mançini Zinəddin Zidandan sonra Manchester United-i çalışdırmaqdan boyun qaçıran ikinci məşqçidir.
Qeyd edək ki, Ole-Qunnar Sulşerin istefasından sonra komandaya müvəqqəti Maykl Karrik başçılıq edir.